Vilayət Eyvazovun başçılıq etdigi nümayəndə heyəti Dağıstandan geri dönüb
Azərbaycan DİN-nin müavini Vilayət Eyvazovun başçılıq etdigi nümayəndə heyəti Dağıstandan geri dönüb. İstiPress-in şimal bürosu xəbər verir ki, nümayəndə heyəti bu gün Dağıstanın Dərbənd şəhərində Rusiya DİN-in rəsmi şəxsləri ilə ənənəvi görüş keçirib.
Görüşdə iki ölkə arasında mütəşəkkil cinayətkarlıq, terrorizm, banditizm, narkobiznes və müxtəlif cinayətlər üzrə birgə əməkdaşlığa dair məsələlər müzakirə edilib. Qarşı tərəfdən görüşdə Rusiya DİN-nin Şimali Qafqaz üzrə Baş İdarəsinin rəisi Sergey Baçurin, Dağıstanın, Çeçenistanın daxili işlər nazirləri Abdureşid Maqomedov və Ruslan Axundov iştirak edib.
Görüşdə hər il keçirilən Sərhəd-Sipər şərti əməliyyatının təşkili məsələləri də müzakirə edilib.