Erməni nazir son günlər münaqişə zonasında baş verənləri çatdırdıAmerika Birləşmiş Ştatlarını dövlət katibi Reks Tillerson və Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Edvard Nalbandyan arasında telefon danışığı olub. İstiPress Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatında deyilir.
Reks Tillerson
Məlumata görə, tərəflər Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə nizamlanması üzrə fikir mübadiləsi aparıblar.
Edvard Nalbandyan
"Erməni nazir son günlər münaqişə zonasında baş verənləri çatdırdı. Söhbət zamanı Vyanada və Sankt-Peterburqda tərəflər arasında əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi ABŞ-ın münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcəyini bildirib", - məlumatda deyilir.