azia.az
azia.az

Arayik Arutunyan rusiyalı milyarderə nazir vəzifəsini təklif etdi

4-10-2022, 13:16


Qarabağdakı separatçı-terrorçu dəstənin başçısı Arayik Arutyunyan bir müddət öncə Rusiyadan Xankəndiyə köçmüş milyarder Ruben Vardanyanla görüşüb.

Azia.az xəbər verir ki, Arayik Arutyunyan Ruben Vardanyana Qarabağdakı separatçıların “dövlət naziri” vəzifəsini tutmağı təklif edib.

“Mən xeyriyyəçi, yüksək təcrübəli və bilikli ictimai xadim Ruben Vardanyana “Artsax respublikasının dövlət naziri” vəzifəsini tutmağı təklif etdim və ona geniş səlahiyyətlər verməyə hazıram”,-deyə separatçıların başçısı söyləyib.

A.Arutyunyanın sözlərinə görə, indi o, təkliflə bağlı Ruben Vardanyanın qərarını gözləyir.

“Ümid edirəm ki, yaxın həftələrdə əməkdaşlığa başlayacağıq”, - o bildirib.

Ruben Vardanyan hazırda həmin “vəzifə”ni icra edən Artak Beqlaryanı əvəz edəcək (modern.az).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi