azia.az
azia.az

Rusiya SSRİ-ni qurmaq üçün "hüquqi"zəmin hazırlayır?

10-06-2022, 06:55

Rusiya SSRİ-ni qurmaq üçün "hüquqi"zəmin hazırlayır?

Rusiya SSRİ-ni qurmaq üçün "hüquqi"zəmin hazırlayır?
Rusiyanın iqtidar partiyası "Vahid Rusiya"nın üzvi Yevgeni Alekseyeviç Fyodorov Dumaya qanun layihəsi təqdim edib.Məlum layihənin məzmunu ondan ibarətdir ki,Rusiya Dövlət Duması SSRİ Dövlət Şurasının Litva Respublikasının tanınması haqqında qətnaməni qüvvədən düşmüş hesab etməlidir.
Görünür,Litvadan sonra növbə Latviya və Estoniyaya çatacaq.
Yevgeni Alekseyeviçə görə,məlum qətnamə qeyri-leqaldır və o konstitusiyaya əks olan orqan tərəfindən qəbul edilib.
Əlbəttə,Yevgeni Fyodorov məlum qanun layihəsini Dumaya özbaşına təqdim etməyib,bu məntiqsiz təşəbbüsün arxasında Kreml dayanır.
Kreml ona görə bu sayaq qəbuledilməz,məntəqsiz və ucuz qanun təkliflərini irəli sürür ki,keçmiş ittifaq ölkələrini təzyiq altında saxlasın,desentrilizasiya meyillərinin qarşısını alsın.
Moskva hal-hazırda ondan ehtiyat edir ki,post-sovet respublikaları onun orbitindən aralana bilər.
Rusiya prezidenti V.Putin demokl qılıncını sanki üzərimizdən əskik etmək istəmir.
Yeri gəlmişkən,SSRİ Dövlət Şurası 1991-ci ilin 6 sentyabrında baltikyani respublikaların müstəqilliyini tanıyıb.İndi bu hadisədən 31 il ötüb və Kremlin yadına düşüb ki,SSRİ Dövlət Şurası qanunsuz qurum imiş.
Məsələyə hansı prizmadan yanaşsan,yenə də məntiqi sezə bilmirsən.Yəni,indiyə qədər Rusiya Federasiyası və Litva respublikası arasında imzalanmış dövlətlərarası müqavilələr qanunsuz imiş.Kremlin Y.Fyodorovun vasitəsi ilə irəli sürdüyü bu təşəbbüs sərsəmlikdən,agılsızlıqdan başqa bir şey deyil.
Ümumiyyətlə,Rusiya siyasi elitası sanki hazırda nəinki aglını,hətta müvazinətini itirib.Dumanın deputatları populizmdə o qədər irəli gedirlər ki,bəzən Avropa paytaxtlarını da 5-10 saniyə içində nüvə raketləri ilə vurmaqdan danışırlar.
Ancaq inandırıcı deyil ki,Rusiya parlamenti Litva ilə baglı hər hansı sarsaq qanun layihəsinin leyhinə səs versinlər.Hər halda,Dumada hamı aglını itirməyib,az-çox dərrakəli kəslər də yox deyil.
Məsələ bundan ibarətdir ki,vaxtaşırı imperialist dövlətlər Litva nümunəsində oldugu kimi məntiqsiz qərarlar verə bilirlər.Yadınızdadırsa,44 günlük ikinci Qarabag müharibəsində Fransa senatı da "Daglıq Qarabag"qurumunun tanınması haqqında gülünc bir qərar vermişdi.Fransadakı erməni disporunun,ayrı-ayrı lobbi qruplarının təsiri nəticəsində Senat Qarabag məsələsində bagışlanılmaz bir səhv etmişdi.
İndi Rusiyada SSRİ nostalgiyası ilə alışıb-yanan Y.Fyodorov adlı bir şovinist deputat elə bir mənfi presedent yaradır ki,Kreml axırda bütün 15 respublika ilə düşmən olacaq.
Putin iqtidarı elə bir absurdizmə yuvarlanıb ki,adam şərh etməkdə çətinlik çəkir.Y.Fyodorov isə bir müddət əvvəl Qazaxıstanın şimalını Rusiyaya birləşdirməkdəm dəm vururdu.Bu siyasətçinin Rusiya Milli Azadlıq Hərəkatı adlı şovinist,milliyətçi təşkilatı(RMAH)hətta gedib Qazaxıstanın paytaxtı Nursultanda ofis də açmışdı.Y.Fyodorov açıq-aşkar Qazaxıstanın ərazi bütövlüyünə qarşı çıxır,bu ölkəni parçalamaqdan danışırdı.
Belə çıxır ki,V.Putin dünyasını dəyişmiş V.Jirinoviskinin yerinə indi Y.Fyodorovu hazırlayıb.Siyasətdə axı müqəddəs yer boş qalmır...

Kamal Alıyev, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi