azia.az
azia.az

NATO,Aİ və G-7 Rusiyaya "dur"deyə biləcəkmi?

23-03-2022, 22:24


NATO,Aİ və G-7 Rusiyaya "dur"deyə biləcəkmi?
Yazının başlıgını bilərəkdən belə qoydum.Bəli,sabah Brüsseldə NATO,Aİ və G-7(böyük yeddilik)ölkələrinin zirvə görüşü keçiriləcək.Təbii ki,Qərb ölkələri Rusiyanın Ukraynaya hərbi təcavüzünə növbəti dəfə "dur"deyəcəklər.Lakin əsas məqsəd beynəlxalq hüququ heçə sayan Rusiya prezidenti V.Putini "durdura"biləcəklərmi?
Bagışlayın,bəndiz bir az həyəcanlı şəkildə "beynəlxalq hüquq"terminindən istifadə etdi.Çünki,artıq beynəlxalq hüquq dondurulub,işləmir.İndi beynəlxalq hüququn prinsipləri,onun normativlərini ciddiyə alan yoxdur.
Nəticə olaraq,V.Putin kimi biri aglına gələni edir,üstəlik ara-sıra dünyanı nüvə silahı ilə də təhdid edir.
Ancaq biz yenə də gələk əsas mövzuya.Bu gün NATO-nun baş katibi Jens Stoltenberqin mətbuata açıqlamalarından belə çıxdı ki,bu hərbi aliyans üçün "qırmızı xətt"üzv ölkələrin təhlükəsizliyidir.Yəni,Rusiya 1 sm belə olsun NATO üzvü olan ölkələrin ərazisinə müdaxilə edərsə,əsl fəlakət onda yaşanacaq.Əvəzində,rus kanallarında hərbi ekspertlər,jurnalistlər,politoloqlar Polşanın paytaxtı Varşavanın bombalanmasından dəm vururlar.Bəzən belə düşünürəm ki,proseslər 3-üncü dünya müharibəsinə dogru gedir.NATO,Aİ və G-7 Rusiyaya "dur"deyə biləcəkmi?
Biz adətən 2-ci dünya müharibəsinin başlangıcını nasist Almaniyasının Polşaya hücumu ilə bilirik.Lakin reallıq budur ki,Adolf Hitler 2-ci dünya müharibəsini məhz Avstriyanı ilhaq etməklə başladı.O vaxt Böyük Britaniyanın baş naziri Nevil Çemberleyin vaxtında cəld tərpənsəydi,bəlkə də nasional sosialistlərin bəşəriyyətin başına gətidiyi fəlakəti vaxtında önləyə bilərdi.
Daha sonra Mussolini İtaliyasının Efiopiyaya daxil olması,Yaponiyanın Mançuriyanı işgal etməsi 2-ci dünya müharibəsinin başlangıcı hesab oluna bilər.İngilis baş nazir N.Çemberleyin almanların Varşavanı işgal etməsini,daha sonra Slovakiyanı Çexiyadan ayrılmaga təşviq etməsini gözləmirdi.
Polşanın adını ona görə çəkdim ki,Hitler və Stalin arasında əslində Polşa faktiki bölünmüşdü.Sadəcə olaraq bu,anlaşmanın gizli maddələrində idi.
İndi Qərb ölkələri sabahdan 2 gün ərzində Rusiyanın necə dayandırılmasının yollarını axtaracaqlar.Ola bilsin ki,V.Putinə deyəcəklər ki,nüvə şantajından əl çək.V.Putinin kimyəvi silahdan istifadə etməsi təhlükəsi var.Məhz Putinin Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsindən sonra Bəşər Əsədin sivillərə qarşı kimyəvi silahdan istifadə etdiyinə dünya şahidlik etdi.İndi təhlükə daha böyükdür,həm də Avropanın kandarında.
NATO-nun sabah baş tutacaq zirvə görüşü fövqəladə mahiyyət daşıyır.May ayında da növbəti görüş keçiriləcək.Daha sonra iyun ayında NATO-nun yeni təhlükəsizlik konsepsiyası elan olunacaq.
Bir məsələyə də ümid edirəm ki,NATO,Aİ və G-7 ölkəlıri Çin mövzusuna da münasibət bildirəcəklər.Ona görə ki,Çin Rusiyanın Ukraynadakı işgal siyasətini BMT TŞ-da pisləmədi və Putin rejiminə gizli də olsun yardım edir.

Kamal Aliyev, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi