azia.az
azia.az

Bir-iki aya Qarabağda yeni hərbi əməliyyatlar başlaya bilər - Azərbaycan təkbaşına...

19-02-2022, 08:16

"Son dövrlər Qarabağda olan separatçıların hərbi və siyasi təxribatları getdikcə artmaqdadır".
Bir-iki aya Qarabağda yeni hərbi əməliyyatlar başlaya bilər - Azərbaycan təkbaşına...
Bunu açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, regionda qalıcı sülhün, təhlükəsizliyin, sabitliyin bərqərar olunması istiqamətində ciddi addımlar atılmalıdır:

"Qondarma parlamentin işğal haqqında "qanunu", eləcə də Suqovuşan, Kəlbəcər istiqamətində Azərbaycan hərbi kolonunun qarşısının kəsilməsi bunu göstərir ki, ermənilər regionda qalıcı gərginliyin artırılmasına hesablanmış addımlar atırlar. Maraqlıdır ki, müvəqqəti olaraq Azərbaycan ərazisinə yerləşdirilmiş Rusiya sülhməramlıları bu prosesdə ya iştirak etmək istəmir, ya da susqunluq nümayiş etdirirlər, eyni zamanda hərbi kolonu müşaiyət edən Rusiya sülhməramlıları Azərbaycan silahlı qüvvələrinə aid hərbi yüklərin, eləcə də mülki maşınların yerdəyişməsinin həyata keçirilməsinə də nail ola bilmədi. Bu, sülhməramlıların yetərsiz mövqeyindən irəli gəlir. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan Şərqi Zəngəzurda hərbi cəhətdən möhkəmlənməkdə israrlıdır və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan ərazisində, xüsusilə də Azərbaycan-Ermənistan sərhəddində getdikcə öz mövqelərini gücləndirir.
Bir-iki aya Qarabağda yeni hərbi əməliyyatlar başlaya bilər - Azərbaycan təkbaşına...
Bununla yanaşı həm də nəzərə almaq lazımdır ki, qarşıdan yaz ayları gəlir. Azərbaycan özü müstəqil surətdə Ermənistan-Azərbaycan sərhəddini müəyyənləşdirmək istiqamətində addımlar ata bilər. Bu baxımdan Azərbaycan güclü texnikasını və hərbi təyinatlı məhsulları bu əraziyə cəmləşdirməklə birtərəfli surətdə öz istəyinə çata bilər. Ermənistan tərəfinə bu barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı nə komissiya yaradılır, nə də Ermənistan Azərbaycanın sülh çağırışlarına cavab verir. Bu baxımdan Azərbaycan tərəfinin məhz hərbi seqmentdə məsələni həll etmək istiqamətində siyasi iradəsi erməniləri də narahat edir. Bu baxımdan onlar hərbi kolonların qarşısına çıxırlar və bu cür təxribatçı addımlar atırlar.

Bütün bunlar yolverilməzdir və Rusiya sülhməramlıları da öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməlidirlər. Həm 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar Moskva bəyanatları, eləcə də 2021-ci ilin 26 noyabr tarixində Soçidə keçirilmiş görüşün nəticəsində imzalanmış Soçi bəyanatının məğzi tam və geniş şəkildə həyata keçirilməlidir. Bu xüsusda həm nəqliyyat və kommunikasiya əlaqələrinin bərpa olunması, həm də sərhədlərin delimitasiyası, demarkasiyası işləri icra olunmalıdır. Regionda qalıcı sülhün, təhlükəsizliyin, sabitliyin və əminamanlığın bərqərar olunması istiqamətində addımlar atılmalıdır. Rusiya sülhməramlılarının hazırkı addımları isə bu fəlsəfədən, konsepsiyadan bir qədər uzaqdır. Mənə elə gəlir ki, Rusiya sülhməramlıları da öz davranışlarında və hərəkətlərində korrektələr etməlidirlər".

Təhməz Əsədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi