“Paşinyan Qarabəkir və Vehip Paşanın arzusunu reallaşdırır…” EDUARD ŞARMAZANOV
“Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz” dəmir yolunun tikintisi türklərin onilliklər boyu arzusu olub”. Bu barədə Ermənistan Respublika Partiyasının ali orqanının üzvü, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov öz Facebook səhifəsində yazıb. “Bunu Vehib Paşa (Mehmet Vehip Paşanı nəzərdə tutur – red.), Qarabəkir, Dəmirəl çox arzulayırdılar.
Kimin ağlına gələrdi ki, günlərin bir günü Ermənistanın baş naziri kürsüsündə oturan şəxs bu türk proyektinə görə Böyük Millət Məclisinə tərif oxuyacaq.
Bununla da məsələ bitmədi: Paşinyan bu Türkiyə dəmir yolunun tikintisi ilə məşğul olacaq işçi qrupunun yaradılması ilə bağlı tapşırıq verib.
Ermənistana xoş gəlmisiniz?”, – E.Şarmazanov yazıb.