Səlcuk Bayraktar: “Azərbaycana texnoloji layihələrdə dəstək verməyə hazırıq”
"Türkiyədə olduğu kimi, Azərbaycanda da texnoloji layihələrin reallaşdırılması üçün ölkənizə hər cür dəstək verməyə hazırıq”.
Azia.az xəbər verir ki, bunu bu il Bakıda keçiriləcək "TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı ilə bağlı mətbuat konfrasında "TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin ("T3 Vakf"ı) rəhbəri Selçuk Bayraktar bildirib.
"TEKNOFEST” bizim xəyallarımızı reallaşdırdı. İlk olaraq İstanbulun, daha sonra Türkiyənin sərhədlərini aşdı. Bu, 1,2 milyonluq iştirakçı ilə dünyanın ilk geniş aerokosmik və texnologiya festivalıdır. Umutmayaq ki, müstəqilliyimiz üçün milli müdafiə sənayesi əsas şərtdir. 2018-ci ildə festival başlayanda 20 min tələbə qoşuldu, sonra isə onların sayı artdı. Məqsədimiz texnoloji gələcəkdir. Ona görə də hamını bu tədbirə qoşulmağa dəvət edirəm ki, güclü Azərbaycanın formalaşmasında sizin də rolunuz olsun”, - deyə o, qeyd edib.(report)