"Dağlıq Qarabağın statusu məsələsi həll olunmayıb" - SƏFİRDƏN BƏYANAT
Dağlıq Qarabağ münaqişəsi 2020-ci ildə Ermənistan-Azərbaycan müharibəsindən sonra da həll olunmamış qalır, bu fikirləri ABŞ-ın Ermənistandakı səfiri Lin Treysin bildirib.
Ermənistan baş nazirinin müavini Hambardzum Matevosyan ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi ilə 27 yanvarda baş tutan görüşündə Dağlıq Qarabağ münaqişəsinin yekun və hərtərəfli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın rolunu və missiyasını bir daha təsdiqləyib. Bu barədə Matevosyanın mətbuat xidməti məlumat yayıb.
İclasda Ermənistan hökumətinin bəyanatında bildirilib ki, Matevosyan ABŞ-ın Qarabağ nizamlanmasına vasitəçilik etmək üçün uzunmüddətli beynəlxalq səylərdə iştirakını yüksək qiymətləndirir.
"Dağlıq Qarabağın statusu məsələsi həll olunmayıb və bu proses ATƏT-in Minsk Qrupunun həmsədrliyinin himayəsi altında həyata keçirilməlidir”, - bəyanatda deyilir.
Matevosyanın, həmçinin, Birləşmiş Ştatların Ermənistana son 30 ildə daha firavan və demokratik cəmiyyətin möhkəmləndirilməsinə, xüsusən də korrupsiyaya qarşı mübarizəsinə, habelə məhkəmə və polis sahələrində islahatların aparılmasına kömək etmək üçün göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyi bildirilib.
Görüşün sonunda tərəflər Ermənistan-Amerika işgüzar əlaqələrinin möhkəmlənməsinə və ikitərəfli əlaqələrin inkişafına kömək etməyə hazır olduqlarını təsdiqləyiblər.