"1900-dan artıq cəsəd verdik" - general Rüstəm Muradov
"Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti indiyədək Ermənistan və Azərbaycanın dövlət qurumlarına müharibədə həlak olmuş şəxslərin 1900-dan artıq cəsədini təhvil verib".
Azia.az Milli.Az-a istinadən bildirir ki, Rusiyanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin sabiq komandanı, general-leytenant Rüstəm Muradovun dediyinə görə, axtarışlar indi də davam edir.
Onun sözlərinə görə, hər iki tərəfdən 100-dən artıq hərbçi əsirlikdən azad edilərək ölkəsinə təhvil verilib.