azia.az
azia.az

Bölgədə terrorizmə qarşı mübarizə işi müzakirə olunacaq

23-08-2016, 13:39

Bölgədə terrorizmə qarşı mübarizə işi müzakirə olunacaqTürkdilli dövlətlərin dövlət başçılarının 6-cı sammitinin Qırğızıstanın paytaxtı Bişkek şəhərində bu ilin noyabr ayında keçirilməsi nəzərdə tutulur
Trend-in məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramin Həsənov bu gün keçirilən mətbuat konfransında bildirib.

R.Həsənovun sözlərinə görə, sammitin əsas mövzusu gənclər və idman mövzusuna həsr olunsa da, bölgədə terrorizmə qarşı mübarizə işi də müzakirə olunacaq.

TDƏŞ-in baş katibi qeyd edib ki, 2017-ci ildə dövlət başçılarının sammiti Azərbaycanda keçiriləcək. Hazırda Türk Şurasının sədri Qazaxıstan prezidenti Nursultan Nazarbayevdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi