SON DƏQİQƏ: Delimitasiya və demarkasiya prosesi başlayır, erməni ordusu Zəngəzurdan çıxarılır - KİV
“Delimitasiya və demarkasiya prosesinə başlamağın ilkin şərti ordunun Sünikdən (Zəngəzurdan) çıxarılması, yəni Zəngəzurun demilitarizasiyasıdır. Bu, Nikol Paşinyanın mətbuat konfransında verdiyi bəzi açıqlamaların sətiraltı mesajı idi və nəzərə çarpırdı”.
Azia.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Qəzetin yazdığına görə, Paşinyan qeyd edib ki, demarkasiya və delimitasiya ilə bağlı son təkliflər əvvəlkilərdən çox da fərqlənmir: “Qoşunların çıxarılması ideyası bizim tərəfimizdən irəli sürülüb. Amma əsas sual odur ki, qoşunlar çıxarılıb hansı ərazidə yerləşdiriləcək. Yaxud ordu Zəngəzurdan çıxarılsa, Azərbaycan qoşunlarının irəliləməyəcəyinə və yeni ərazilər tutmayacağına kim təminat verə bilər?. Əgər demarkasiya və delimitasiya prosesi toqquşma şəraitində baş verərsə, onda bütün bu proses iflasa uğrayacaq”.
Qəzet yazır ki, sonra Paşinyan əlavə edib ki, bütün bunlarla bağlı gündəlik iş aparılır. Onun sözlərindən başa düşmək olar ki, toqquşmaların qarşısını almaq üçün ən yaxşı həll yolu hər iki tərəfi demilitarizasiya etməkdir.
“Bəs bizim tərəfdən Zəngəzurun hərbisizləşdiriləcəyi təqdirdə, düşmənin Azərbaycan –red) də bunu edəcəyinə dair zəmanət varmı?. Ordumuz müdafiəmizin yeganə təminatçısıdır. Zəngəzurdan çıxarıldıqdan sonra, Türkiyə-Azərbaycan qüvvələrinə qarşı tamamilə müdafiəsiz qalacağıq” – deyə qəzet yazıb. / Konkret.az