azia.az
azia.az

SON DƏQİQƏ - "Bu təkliflərə razıyıq" - Paşinyandan vacib sərhəd açıqlaması

18-11-2021, 12:56

SON DƏQİQƏ - "Bu təkliflərə razıyıq" - Paşinyandan vacib sərhəd açıqlaması
"Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbul ediləndir”.
Azia.az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasisiyası üzrə 3 təklif irəli sürüb:
"Bunların 3-də bizim üçün qəbil ediləndir. Mənim noyabrın 17-də verdiyim bəyantdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. Bir daha təsdiqləyirəm ki, bu təkliflər bizim üçün qəbul ediləndir”.

Nikol Paşinyan Müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə bu təklifləri reallaşdırmaq üçün təfsilatları dəqiqləşdirməyi tapşırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi