azia.az
azia.az

Putin erasının sonu: Rusiya böyük təlatümün astanasında... – ŞOK İDDİA

22-11-2021, 12:03

Putin erasının sonu: Rusiya böyük təlatümün astanasında... – ŞOK İDDİA
“Putinin 20 ildir həyata keçirdiyi siyasət nəticəsində Rusiyanın dağılmasını və ya zəifləməsini arzulayan dövlətlərin və mərkəzlərin sayı artıb”.

Azia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyanın ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət çəkib:

“Kremlə yaxın ekspertlər Putin sonrası dövrlə bağlı müzakirələri genişləndiriblər. Verilən proqnozlar Rusiya üçün optimizm vəd etmir. Məsələn, uzun illər Rusiya prezidentinin məruzələrini hazırlayan siyasi texnoloq Abbas Qalyamovun fikrincə, Vladimir Putin hakimiyyət kürsüsünü tərk edəndən sonra ölkədə 1990-cı illəri xatırladan xaos başlayacaq. “Mərkəzi hakimiyyət zəiflləməklə bərabər Rusiyanın bölgələri daha çox müstəqillik tələb edəcəklər” deyən rusiyalı siyasi texnoloq yeni münaqişələrin və səfalətin başlanacağı proqnozlaşdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi