“Bir ilədək azərbaycanlılar İrəvana, biz isə Bakıya sərbəst gedib-gələcəyik” - Xaçatryan
“Əminəm ki, bir il ərzində azərbaycanlılar sərbəst olaraq nəinki Sünikə(Sönük-Zəngəzur-S.L.), həm də İrəvana gəlib-gedəcək, biz isə Bakıda və Zəngilanda olacağıq…”
Azia.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlara görə, bu sözləri Ermənistan parlamentinin “Vətəndaş anlaşması” partiyasından olan deputatı Armen Xaçatryan söyləyib.
Xatırladaq ki, “Vətəndaş anlaşması” partiyasının lideri Ermənistanın hazırkı baş naziri Nikol Paşinyandır. Təşkilat ilk olaraq 2013-cü ildə deputat N.Paşinyan tərəfindən birlik kimi yaradılıb, 2015-ci ildə isə partiya kimi qeydiyyatdan keçib.
2017 -ci il parlament seçkilərində “Vətəndaş anlaşması”, “Maariflənən Ermənistan” və Respublika partiyalarının bloku parlamentdə 9 yer alıb və üzvlər “Yelk” (“Çıxış”) fraksiyasını yaradıblar.
2021-ci ildə keçirilən parlament seçkilərindən sonra da “Vətəndaş anlaşması” parlamentdə yerlərin böyük əksəriyyətini saxlaya bilib./moderator.az/