Vilayət Eyvazov rəis müavinini işdən azad etdi
Qazax Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini işdən azad edilib.
Azia.az-ın xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə, tutduğu vəzifədən azad olunub.