azia.az
azia.az

Andranik Makaryan: "Erməni obrazı belədir: sol əlində İncil, sağ əlində Kalaşnikov avtomatı”

17-08-2021, 18:29

Andranik Makaryan: "Erməni obrazı belədir: sol əlində İncil, sağ əlində Kalaşnikov avtomatı”
“Erməni obrazı belədir: sol əlində İncil, sağ əlində Kalaşnikov avtomatı”.

Azia.az xəbər verir ki, bu fikirləri Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini Andranik Makaryan jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, artıq erməni xalqının imici belədir. Sona qədər yaşamalı və mübarizə aparmalıyıq”.

Ermənistan rəsmisinin belə bir açıqlaması onu göstərir ki, Azərbaycan regionda barışıq üçün əlindən gələn hər şeyi edir. Lakin Rusiya və Ermənistan isə əksinə, dağıdıcı mövqeləri ilə regionda sabitliyə qarşı burgə fəaliyyət göstərir. Andranik Makaryanın bu açıqlaması əslində Rusiyanın Qarabağdakı anlaşılmaz fəaliyyətindən qidalanır. Yoxsa “Dəmir yumruq” əməliyyatının nəticələrini hələ erməni xalqı və hakimiyyəti unutmayıb. Görünən odur ki, Rusiya və Ermənistan öhdəliklərini yerinə yetirməkdən imtina etməklə üç tərəfli sazişi nüfuzdan salır və rus sülhməramlılarının Azərbaycan ərazisində olmasını qanunsuz edir.

Artıq Azərbaycan ictimaiyyətində rus sülhməramlılarının Azərbaycan ərazisində yerləşdirilməsinin məqsədəuyğunluğu ilə bağlı suallar ortaya çıxıb. Azərbaycan xalqı getdikcə daha çox Rusiya sülhməramlılarının Türkiyə sülhməramlı qüvvələri ilə əvəzlənməsi tələblərini irəli sürür. Üçtərəfli sazişin həyata keçirilməsinin qarantı kimi çıxış edən Rusiyanın hələ də ona göstərilən etimadı və gözləntiləri doğrultmaq üçün vaxtı və şansı var. Bunu etməklə Rusiya Azərbaycanla əlaqələri gücləndirəcək və yeni müttəfiq əldə edə biləcək.

Lakin öhdəliklərini yerinə yetirə bilməsə, Rusiya birmənalı olaraq Azərbaycanı itirəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi