azia.az
azia.az

AŞPA prezidenti: "Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayıram”

25-05-2016, 23:42

AŞPA prezidenti: "Xədicə İsmayılovanın azadlığa buraxılmasını alqışlayıram” “Azərbaycanda Ali Məhkəmənin tədqiqatçı jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılması barədə qərarını alqışlayıram”.

APA-nın məlumatına görə, bu barədə AŞPA prezidenti Pedro Aqramuntun bəyanatında deyilir.
O əlavə edib ki, daha əvvəl bir çox tanınmış jurnalistin və insan haqları müdafiəçisinin azadlığa buraxılmasının ardından gələn bugünki qərar Azərbaycanın dönüş nöqtəsində olması ilə bağlı inamını bir daha təsdiqləyir: "Mən ölkəni bu müsbət cığırda davam etməyə çağırıram”.
Avropa Parlamentinin prezidenti Martin Şultz da Xədicə İsmayılovanın azadlığa buraxılması qərarını alqışlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi