Ramiz Mehdiyev "Heydər Əliyev" ordenindən məhrum ediləcək - "YAP-da müzakirələr gedir"
Prezident Adminstrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin "Heydər Əliyev" ordenindən məhrum ediləcəyi gözlənilir.
Azia.az xəbər verir ki, bu iddia ilə sabiq millət vəkili Alqış Musayev çıxış edib. O bildirib ki, hazırda bu məsələ ilə bağlı YAP-da müzakirələr gedir.
"Deyilənə görə, YAP-ın rəhbərliyində Ramiz Mehdiyevin "Heydər Əliyev" ordenindən məhrum edilməsiylə bağlı müzakirələr gedir. Bu məsələnin yaxın günlərdə qaldırılacağı gözlənilir", - deyə A.Musayev qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu ilin 23 oktyabrında R.Mehdiyevin "Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Elə həmin gün Prezident R.Mehdiyevi qəbul edərək ona ordeni təqdim edib.