azia.az
azia.az

ABŞ səfirinın Sarkisyanın müharibə bəyanatına münasibət

28-04-2016, 09:57

 ABŞ səfirinın Sarkisyanın müharibə bəyanatına münasibət Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta Ermənistan prezidenti Serj Sarkisyanın "Bloomberg" agentliyinə müsahibəsində səsləndirdiyi bəyanata münasibət açıqlayıb.
O qeyd edib ki, Amerika ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir və bu işlə səfir Uorlik məşğul olur.
Səfir ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı apardığını xatırladıb.
Serj Sarkisyan "Bloomberg"ə müsahibəsində təhlükəsizliyə təminat olmayacağı təqdirdə, Azərbaycanla danışıqların əhəmiyyətsizliyini bildirib.
"Biz Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu olduğunu düşünmürük. Dövlət katibi bu həftə Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı aparıb. O, hər iki prezidenti atəşkəsə riayət etməyə və danışıqlar yolu ilə hərtərəfli sülhün tapılmasına çağırıb", - Robert Sekuta bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi