azia.az
azia.az

Rusiya və İran əcnəbi silahlıların Qarabağa cəlb edilməsindən narahatdır

7-10-2020, 11:26


Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xəbərində deyilir.
Rusiya və İran əcnəbi silahlıların Qarabağa cəlb edilməsindən narahatdır
Qeyd edilir ki, Rusiyanın XİN rəhbəri iranlı həmkarı ilə telefon söhbətinin gedişatında Suriya və Liviyadan silahlıların Dağlıq Qarabağda münaqişəyə cəlb edilməsi təhlükəsini qeyd edib.

"Moskva və Tehranın Dağlıq Qarabağ münaqişəsi zonasında görünməmiş gərginləşmə ilə bağlı ciddi narahatlığı ifadə edilib", - nazirliyin xəbərində deyilir.
Suriya və Liviyadan qanunsuz silahlı qruplaşmaların münaqişəyə cəlb edilməsi təhlükəsi vurğulanıb.

"Lavrov Rusiyanın həm milli potensialında, həm də ATƏT-in Minsk qrupu üçlüyü çərçivəsində bölgədə sülhün əldə edilməsi üçün intensiv səylərini qeyd edib. Nazirlər bir daha qonşu Azərbaycan və Ermənistanın oynaya biləcəyi vacib rolu vurğulayıblar", - deyə, Rusiya Xarici İşlər Nazirliyində vurğulanıb.

Tərəflər sonrakı əlaqələrin saxlanmasını şərtləşdiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi