Qisas başladı, İran Amerika aviabazasına raket yağdırdı
İranın İnqilab Keşikçiləri Korpusu general Qasım Süleymaninin dəfninin ardınca ABŞ-a qarşı vəd olunan qisas əməliyyatına başlayıb. Virtualaz.org xəbər verr ki, İnqilab Keşikçiləri Korpusu bəyanat yayaraq ABŞ-a qarşı “Şəhid Süleymani” kod adı altında əməliyyatın başladığını elan edib.
“Vədlərimizi və qüdrətli Allahın iradəsini yerinə yetirməyin, Amerika işğalçılarının cinayətkar və terrorçu hərəkətlərinə cavab verməyin, “Əl-Qüds” qüvvələrinin komandanının qorxaqcasına qətlinə görə qisas almağın vaxtı çatdı”,-bəyanatda deyilir.
İnqilab Keşikçiləri Korpusu bildirir ki, qisas əməliyyatı çərçivəsində İraqdakı “Əl-Əsəd” Amerika aviabazasına onlarla “yer-yer” raketləri buraxılıb.
“Biz böyük şeytanı, korlanmış Amerika rejimini xəbərdar edirik ki, istənilən sonrakı aqressiya daha ağrılı və sərt reaksiyaya səbəb olacaq”,-bəyanatda xəbərdarlıq edilir.
Xarici KİV-lər xəbər verir ki, İraqda ən azından iki Amerika hərbi bazası İran raketlərinin zərbəsinə tuş gəlib. Raketlər İran ərazisindən buraxılıb. Ərbildəki hərbi aerodrom və “əl-Əsəd” aviabazası vurulub. Ölənlər və yaralananlar haqda hələlik məlumat yoxdur. Bu arada Tehran raket zərbələrinin ikinci dalğasının başladığını bildirir.![]()
İraqın şimalında mənzillənmiş Rudaw kürd xəbər agentliyi İranın raket zərbəs nəticəsində bir neçə ABŞ qırıcısının zədələndiyini xəbər verir. Digər məlumata görə, bir neçə qırıcı ümumiyyətlə məhv edilib. Qeyri-rəsmi məlumatlara görə tələfat var, amma onların sayı məlum deyil.
Ondan çox raketin, o cümlədən ballistik raketlərin istifadə olunduğu hücumu Pentaqon təsdiq edib. Prezident Donald Tramp müdafiə naziri Mark Esperlə və dövlət katibi Maykl Pompeo ilə təcili müşavirə keçirib. Tramp İranın raket hücumuna Tvitter-dən “hər şey yaxşıdır” sözləri ilə reaksiya verib.
ABŞ-ın Mərkəz komandanlığının bildirdiyinə görə, İnqilab Keşikçiləri Korupusu İraqdak Amerika bazalarına 15 raket buraxıb. Raketlərdən onu İraqın qərbindəki “Ayn əl-Əsəd” aviabazasını vurub, daha bir raket Ərbil aeroportuna düşüb. Qalan dörd raket is hədəfə çatmayıb.
F.Məmmədov