azia.az
azia.az

Xəzər klinikasının baş həkiminin əməliyyat etdiyi xəstə bir neçə saatdan sonra vəfat etdi – VİDEO

30-09-2018, 08:06

Xəzər klinikasının baş həkiminin əməliyyat etdiyi xəstə bir neçə saatdan sonra vəfat etdi

Azia.az Kanal13-ün reportajına əsaslanaraq xəbər verir ki, avqustun 3-də Xəzər klinikasında baş həkimi İlqar Yusifov tərəfindən əməliyyat olunan Şərqiyyə Əhmədova həyatını itirib. Klinikaya “Tənəffüs çatışmazlığı” (təngənəfəsliklə) bağlı müraciət edən xəstənin kardioloji müayinələrində problem olmadığı aşkar olunub. Lakin ginekoloji nasazlığı səbəbindən Xəzər klinikasının baş həkiminin müayinələrinə istiqamətləndirilən Şərqiyyə xanım anemiyadan, yəni qan azlığından əzab çəksə də, baş həkim tərəfindən əməliyyat olunmağa yönləndirilir. Hipertaniya xəstəliyi, yüksək qan laxtalanması, ayağında varikoz olmasına baxmayaraq, baş həkimin əminliklə əməliyyatı üzərinə götürməsi xəstə və ailəsinin əməliyyata razı olmasına gətirib çıxarır. Xəstə əməliyyatdan ayıldıqdan sonra qızı Songül Əhmədova onunla görüşüb və rənginin dəyişməsinin, gömgöy göyərdiyinin, titrəməsinin şahidi olub. Həmin gün xəstə rəhmətə gedib. Xəstənin ölümünün hansı şəraitdə baş verməsi yaxınlarına bildirilməmiş, ölüm səbəbi kimi ağciyər tromboemoliyası yazılmışdır. Əməliyyatdan sonra mərhumun yaxınları Şərqiyyə Əhmədovanın ölümünü Xəzər klinikasının həkimlərinin məsuliyyətsizliyinin nəticəsi hesab edirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi