azia.az
azia.az

Akademikdən Ebola virusu barədə ŞOK AÇIQLAMA

Bu gün, 16:04

Xəbər verilir ki, EBOLANIN virusu hava damcıları ilə ötürülmür. Bu virusun pandemiya potensialı aşağıdır.

Məlumata görə, bunu Rusiya Təhsil Akademiyasının vitse-prezidenti və bu ölkənin Elmlər Akademiyasının akademiki, epidemioloq Gennadi Onişenko bildirib.

O, virusun yalnız çox yaxın təmas yolu ilə ötürülə biləcəyini deyib.

“Ebola halları Rusiya üçün heç bir təhlükə yaratmır, çünki virusun epidemioloji potensialı yoxdur. Ebola ölkəmizə gətirilsə belə, bu, böyük bir problem olmayacaq”, - deyə Onişenko vurğulayıb.

Qeyd edək ki, Ebola virusu hazırda dünyada sürətlə yayılmaqdadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi