azia.az
azia.az

Bakıda gənc "Pfizer" peyvəndindən sonra bu hala düşdü - ŞOK-Vaksinin herpes virusla əlaqəsi (FOTOLAR)

14-09-2021, 08:47

İsrail alimləri herpetik infeksiya ilə kovidə qarşı vaksinlərin əlaqəsini sübut edib. Belə ki, peyvəndin əks təsirlərindən biri də orqanizmdə herpes virusunun aktivləşməsi ola bilər.
Bakıda gənc "Pfizer" peyvəndindən sonra bu hala düşdü - ŞOK-Vaksinin herpes virusla əlaqəsi (FOTOLAR)
Manset.az xəbər verir ki, İsrailin Suraski və Karmel tibbi elmi mərkəzlərinin alimləri 6 nəfər koronavirusa yoluxmuş xəstədə və 4 nəfər Pfizer vaksini olunmuş şəxsin bədənində herpes zoster- kəmərvari dəmrov səpkilərinin yarandığını qeydə alıblar.

Araşdırma üçün ayrılan 491 xəstədən 6-da herpes zoster aşkarlanıb.
Bu xəstəlik ağrı və dəridə qaşınma, səpkilərlə başlayır, müalicə olunmasa sinirlərin zədələnməsi ilə nəticələnir.

Tədqiqatçılar müəyyən edib ki, öncədən orqanizmdə revmatik və autoimmun iltihabi xəstəlik riski yüksək olan insanlarda peyvənddən sonra herpetik infeksiyanın alovlanması ehtimalı da çoxdur.
Bakıda gənc "Pfizer" peyvəndindən sonra bu hala düşdü - ŞOK-Vaksinin herpes virusla əlaqəsi (FOTOLAR)
Herpes Zoster aşkarlanan bu şəxslərin hər biri gənc idi və yüngül autoimmun xəstəlikləri var idi. Halbuki kəmərvari dəmrov adətən 50 yaşdan yuxarı yaşlılarda çox rast gəlinərdi.

5 nəfərdə Pfizer peyvəndinin ilk dozasından, 1 nəfərdə isə ikinci dozadan sonra herpes meydana çıxıb.Alimlər bu ağırlaşmanın yeganı çıxış yolunu peyvənddən öncə herpes zosterə qarşı peyvənd olunmaqda olduğunu deyir.
Qeyd edək ki, analoji hal eynilə Bakıda da rastlanıb. Belə ki, koronavirusa qarşı Pfizer peyvəndini seçən 28 yaşlı gənc oğlan iyulun 15-də ikinci dozanı vurdurub. Avqustun ortalarında qəfildən bədənində güclü ağrılarla oyanan Azər Məmmədov əvvəlcə soyuqladığını düşünür. Ağrıkəsici və parasetamol içsə də vəziyyət düzəlmir. 5 gün sonra onun bədəninin müxtəlif sahələrində herpes səpkiləri üzə çıxıb.

Ona herpes zoster diaqnozu qoyulub və müalicəyə başlasa da hələ də ağrıları kəsməyib. Gənc pasiyent bildirir ki, ömründə ilk dəfədir belə xəstəliklə qarşılaşıb.
Bakıda gənc "Pfizer" peyvəndindən sonra bu hala düşdü - ŞOK-Vaksinin herpes virusla əlaqəsi (FOTOLAR)
Bir ehtimal da var ki, güclü peyvənd immunitetin mübarizəsini aktivləşdirir, orqanizmdə illərlə gizli qalan herpes oyanaraq, yeni antititellərə qarşı müharibəyə başlayır. Beləliklə, iki güclü virusun mübarizəsi immuniteti çökdürür.

Pfizer peyvəndi qoruyuculuğuna görə Cinovakdan güclüdür və onun əks təsirləri və riskləri də çoxdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi