azia.az
azia.az

Nabranda maraqlı hadisə! Gənc xanım həkim ürəyi dayanmış şəxsi həyata qaytardı

17-08-2021, 19:03

Nabranda maraqlı hadisə! Gənc xanım həkim ürəyi dayanmış şəxsi həyata qaytardı
Xaçmaz rayonunda maraqlı hadisə baş verib.

Hadisə şahidləri Azia-in “qaynar xətti”nə məlumat veriblər ki, Nabran istirahət mərkəzində istirahət edən gənc xanım həkim bir nəfəri ölümdən xilas edib.

O, huşsuz vəziyyətdə olan bir nəfərin ürəyini 25 dəqiqə ərzində masaj edərək onu həyata qaytara bilib.

Adı Aygün olan həmin xanım Bakıda Təcili Yardım Stansiyasında işləyir. Hazırda məzuniyyətdədir və məzuniyyətdə olarkən ölüm ayağında olan bir nəfəri həyata qaytarıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi