Bu şəxslər koronavirusun yayılmasını sürətləndirir - AÇIQLAMA
Xəstəliyi yüngül formada keçirən insanlar daşıyıcı kimi virusun yayılmasını sürətləndirir. Bəzi hallarda xəstələr COVID 19 - a yoluxsalar da bu xəstəliyi simptomsuz keçirir. Belə vətəndaşlar özləri də bilmədən ətrafındakı insanlar arasında virusu yaymış olur. Nəticədə bır xəstə gün ərzində onlarla insanı yoluxdurmuş olur. Bu fikirləri həkim infeksionist Natiq Əliyev deyib. Onun sözlərinə görə, vaksinin hər iki dozasını vurduran şəxslər də xəstəliyi yüngül keçirir. Bu şəxslər yenidən yoluxduqda digər insanlar üçün artıq daşıyıcı olurlar. Həkimlər vətəndaşları virusun yayıldığı ilk günlərdə olduğu kimi qaydalara əməl etməyə çağırır. Yoluxma sayının artması virusun yenidən alovlanmasına və təkrar qapanmalara səbəb ola bilər.