İran Sumqayıtda dərman zavodu tikəcək
İran Azərbaycanda dərman istehsalı zavodu tikəcək.
Gün.Az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuat kofransında deyib
Onun sözlərinə görə, artıq iki ölkə arasında bununla bağlı saziş imzalanıb.
Zavod Sumqayıtda kimya texnologiya parkı ərazisində tikiləcək. Bu məqsədlə gələn həftə İrandan Azərbaycana nümayəndə heyəti gələcək.
Zavodun tikintisi üç mərhələdən ibarət olacaq. Birinci mərhələdə Azərbaycanda ehtiyac duyulan dərmalar İrandan gətiriləcək, ikinci mərhələdə əsasən dərnam istehsalı üçün lazım olan texnologiyalar gətirilicək, üçüncü mərhələdə isə həmin dərmanlar 100 faiz Azərbaycanda istehsal olunacaq.
Səfir onu da vurğuladıki birinci mərhələ ilə üçüncü mərhələ arasında vaxt 5 ilədək çəkəcək.