azia.az
azia.az

Azərbaycanda süni tənəffüs cihazına qoşulmuş 14 koronavirus xəstəsi var

3-06-2020, 11:30


Azərbaycanda süni tənəffüs cihazına qoşulmuş 14 koronavirus xəstəsi var
Azərbaycanda 2 iyun 2020-ci il tarixində koronavirusa görə 6968 test aparılıb. Bununla sa indiyə kimi həyata keçirilən testlərin sayı 309 901-ə çatıb.

Virtualaz.org bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, hazırda reanimasiyada olan xəstə sayı 95, süni tənəffüs cihazında olan xəstə sayı 14-dür.

Azərbaycanda bu günədək 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən ediib, onlardan 3564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat edib, 2300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi