Aktrisa bu addımını biabırçılıq adlandırıbRusiyanın əməkdar artisti Yelena Vorobey Ukraynaya buraxılmayıb.
İstiPress xəbər verir ki, bu haqda əməkdar artist "Instagram" hesabında məlumat yayıb. O, bildirib ki, uzun müddət hava limanında gözləsə də, onun Ukraynaya daxil olmasına icazə verilməyib:
"Kiyevə buraxmadılar! Tamaşa baş tutmadı! 4 saat susuz saxladılar. Çox təəssüf edirəm ki, tamaşaya bilet alan kiyevlilər bu maraqlı komediyanın premyerasını izləyə bilmədilər".
Bundan başqa Ukraynanın ölkəsinə qoyduğu bu qadağanı "biabırçı Berlin divarı və Fələstin-İsrail münasibəti" adlandırıb.