azia.az
azia.az

Görkəmli aktyor Bəşir Səfəroğlunun doğum günüdür

11-03-2017, 15:21

Görkəmli aktyor Bəşir Səfəroğlunun doğum günüdür


Görkəmli aktyor Bəşir Səfəroğlunun bu gün doğum tarixidir. Simsar.az-ın məlumatına görə, Səfəroğlu (Səfərov) Bəşir Səfər oğlu 1925-ci ildə Bakıda doğulub. Yeddi illik təhsilini Bakıda alıb. On dörd yaşından şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli tamaşalarda kiçik rollar oynayıb. 1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan Bəşir 1942-ci ildə cəbhədən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib.

Bir müddət fəhlə, yük maşını sürücüsü işləyib. Bir müddət sonra onu aktyor truppasına qəbul ediblər. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb. Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları Möhsün ("Beş manatlıq gəlin"), Qaradavoy və Çiko ("Keto və Kote"), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad ("Məşədi İbad"), ("Durna"), Qədir və Gülümsərov ("Ulduz"), Səlyanski və Qəhrəman ("Gözün aydın") və onlarla başqa obrazdır.

Bəşir Səfəroğlu "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?" və "Ulduz" filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin rollarını ifa edib. Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyni adlı bədii-sənədli televiziya filmi çəkib.Sənət uğurlarına görə B. Səfəroğluna Əməkdar artist və 1968-ci ildə Xalq artisti fəxri adları verilib.

İstedadlı sənətkar 1969-cu ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi