azia.az
azia.az

Hafiz Hacıyev: “Filarmoniyada baş verənlər Azərbaycan mədəniyyətini təhdid etmək deməkdir”

18-05-2022, 18:31

Hafiz Hacıyev: “Filarmoniyada baş verənlər Azərbaycan mədəniyyətini təhdid etmək deməkdir”
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gənclərin təşkil etdiyi və adətən gecə klublarına xas olan biabırçı görüntülər yayımlanıb. Bu görüntüləri necə dəyərləndirmək olar? Ümumiyyətlə Filarmoniya kimi bir yerdə belə məclislər necə təşkil edilə bilər və bunun normal açıqlaması ola bilərmi?

Filarmoniya baş verənləri PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Filarmoniyada baş verənlər Azərbaycan mədəniyyətini təhdid etmək deməkdir”
Görünən mənzərənin xoşagələn olmadığını bildirən partiya sədri əlavə edib ki, buna görə də müvafiq orqanlar qəti tədbir görməlidirlər:

“Bu gün Azərbaycanda adlı-şanlı, seçilən yerləri müəyyən oliqarxlar öz əllərinə alıblar. Onlar da həmin yerlərdə əxlaqsızlıq yuvaları açırlar. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş verənləri mən də gördüm və çox məyus oldum. Amma tək məyus olmaqla heç nə etmək olmur. Buna görə də düşünürəm ki, bu cür hallara qarşı ciddi mübarizə aparmalıyıq.

Bəzilərində o qədər arxayınlıq yaranıb ki, ölkədə nə istəsələr edə bilərlər fikrinə düşüblər. Ancaq onların hərəkətləri xalq tərəfindən çox böyük əks rezonansa səbəb olur. Buna görə də bu işlər axırda sahiblərinin başında çatlayacaq.




Azərbaycan Dövlət Akademik Filarmoniyasında bu cür əxlaqsızlıq yuvasının aşkar edilməsi, bu cür tərbiyəsiz hərəkətlərə yol verilməsi Azərbaycan mədəniyyətini təhdid etmək deməkdir. Bu Azərbaycan mədəniyyətini gözdən salmaqdır.

Filarmoniyada baş verənlərdə görünür Rusiyanın və müəyyən kəşfiyyat orqanlarının əli var. Çünki onlar millətin milli mentalitetinə zərbə vurmaq istəyirlər. Onlar çox ustalıqla bu oyunu oynayırlar. Hər nə olsa da, görünən mənzərə xoşagələn deyil. Buna görə də müvafiq orqanlar qəti tədbir görməlidirlər. Xalq arasında gəzən şailəri hamımız eşidirik.

Onu da qeyd edim ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş verənlər müəyyən qüvvələrin dövlətə, dövlət başçısına etdikləri xəyanətin növbəti seçmə mərhələsidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi