Hekayə
Bir gün Bəhlul Danandə yol keçəndə iki nəfərin dalaşdığını görür. Kənardan onlara diqqət edir və sonra onlara yaxınlaşır. Onları sakitləşdirib, niyə iddia etdiklərini soruşur. Onlar qonşu olduqlarını bildirirlər. Və qonşunun çəpərinin yarım metr o biri qonşuya tərəf çəkilməsi üstündə mübahisə etdikləri məlum olur. Hər ikisi də israrla bildirir ki, öz dediyi doğrudur.
Bəhlul Danəndə qonşuları dinləyəndən sonra deyir ki, siz heç torpaqdan soruşmusunuz ki, o hansınıza məxsusdur? Qonşular təəccüblə Bəhlula baxıb yox deyirlər. Belə olan təqdirdə Bəhlul deyir – Mən sizin mübahisənizi həll edə bilərəm, gəlin torpaqdan soruşaq.
Bəhlul Danadə aşağı əyilib qulağını torpağın üstünə qoyub bir müddətdən sonra başını qaldırır. Qonşular təlaş içində soruşurlar:
- Torpaq nə dedi?
Bəhlul üzünü qonşulara tutub dedi:
- O dedi ki, sizing heç birinizə aid deyil. Əksinə mənə dediki siz hər ikiniz ona aidsiniz. Amma zamana ehtiyac var.
Qonşular səhvlərini başa düşür və barışırlar.