azia.az
azia.az

Hər səhər yeyirsiniz, zərərlərini bilmirsiniz

21-01-2019, 10:54

Hər səhər yeyirsiniz, zərərlərini bilmirsiniz

Azia.az yumurtanın orqanizmdə yaradacaq zərərlərini sadalayır:
Hər səhər yediyimiz yumurtanın bir çox faydalarını bilirsiniz. Bəs, onun orqanizm üçün zərəri haqda necə, məlumatınız varmı?

Salmonella - yumurtada tapıla bilən ən təhlükəli mikroblardan biridir. Bu mikrob yumurtaya və ya toyuğa heç bir zərər vurmur, ancaq əgər bu mikrob insan orqanizminə düşərsə, bədən temperaturunda sürətlə inkişaf edərək, bağırsaqlarda iltihab, paratif və tif yarada bilir.

Həkimlər istifadədən əvvəl yumurtanı sabunlu su ilə yumağı məsləhət görürlər. Yumurtanı 10 dəqiqədən az qaynatmaq məsləhət deyil. Həmçinin həkimlər yumurtanı çiy yeməyi orqanizmin sağlamlığı üçün zərərli hesab edirlər.

Mütəxəssislər həftədə 7 və daha çox yumurta qəbul edən orta yaşlı kişilərin ölüm faizinin artdığı qənaətindədirlər, belə ki, yumurtada olan çox miqdarda xolesterin damarların divarında kirəc əmələ gəlməsinə səbəb ola bilir.
Eyni zamanda çoxlu miqdarda yumurta qəbulu infarkt və insultdan ölüm dərəcəsini iki dəfə artırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi