Viaqra belə hazırlanırmış: ŞOK GÖRÜNTÜLƏR - FOTOLAR (+18)
Sibirin Salba kəndində, 600-dən çox maralın yaşadığı ərazilərdə ferma sakinləri canlıların buynuzunu kəsib külli miqdarda pul qazanırlar.
Azia.az-n bilgisinə görə, Publika.az xəbər verir ki, maral fermalarında heyvanlara işgəncə verilir. Xüsusi dərmanlar hazırlamaq məqsədilə dişi maraqlların buynuzları kəsilərək Çin, Koreya, Rusiya və digər ölkələrin dərman firmalarına satılır.
Kəsilən buynuzlar toz halına gətirilərək dərman tərkiblərinə qatılır və qocalma əleyhinə kremlər, həblər, böyrək xəstəliklərinin müalicəsi üçün bir sıra dərmanlar hazırlanır.
Alternativ tibb ilə yanaşı, dişi maral buynuzlarından təbii viaqra hazırlanır ki, bu da Cənubi Koreya və Asiya ölkələrinə ixrac edilir. Təbii viaqranın kimyəvi tərkibli dərmanlardan daha üstün olduğunu düşünən insanlar bu dərmanlardan olduqca çox istifadə edir.
Bir il sonra buynuzları uzanan dişi marallar yenidən eyni işgəncələrə məruz qalır. Sosial şəbəkələrdə bu işgəncələrə son verilməsi üçün heyvanseverlər tərəfindən aksiyalar başladılıb. Bununla yanaşı, Rusiyanın heyvanların qorunması ilə məşğul olan qurumları məsələ ilə bağlı rəsmi tədbirlər görməyə başlayıblar.