Gimnastika üzrə ABŞ-ın Olimpiya çempionu Makkayla Maroni şok açıqlamalar verib. Məlumata görə, o, illərlə gimnastika millisinin həkimi tərəfindən zorlandığını deyib.
Gimnast 13 yaşında olarkən komandanın həkimi Larri Nassar tərəfindən bakirəliyinin pozulduğunu, ardınca isə 7 il komandanın məşqçilərinin onu zorlandığını bildirib.
Maroni 2012-ci ildə Olimpiya çempionu olmazdan öncə də həkim tərəfindən zorlandığını sözlərinə əlavə edib: “Həkimim müalicə adı ilə məni zorlayırdı. Səfərlərdən öncə yuxu dərmanı verirdi. Bir də onun otağında ayılırdım və guya məni müalicə etdiyini deyirdi. Onunla birlikdə yarışlara getmək iyrənc idi. Tokiodakı dünya çempionatından öncə də mənə təcavüz etdi və səni “malicə” edirəm dedi. Məşqçilər də belə edirdi. Həkim mənə deyirdi ki, 30 ildir mən xəstələrimi belə müalicə edirəm. Əllərinə düşən hər imkanda məni zorlayırdılar”.