azia.az
azia.az

BU qulaqlar eşitmək üçün deyilmiş-MARAQLI

26-05-2025, 08:00

Qurudakı ən iri məməlilər olan fillər heyvanlar aləminin ən böyük qulaqlarına malikdirlər və bunun çox vacib bir səbəbi var.

 

Bu barədə "Live Science" məlumat yayıb.

 

Afrika fillərinin qulaqlarının uzunluğu 2 metr, eni isə 1.2 metrə çatır. Lakin fillər üçün nəhəng qulaqların əsas əhəmiyyəti onları sərinlətməkdən ibarətdir.

 

Miçigan Universitetindən Uilyam Sandersin sözlərinə görə, fillərin bədəni çoxlu istilik hasil edir. İnsanlardan fərqli olaraq fillər tərləmirlər. Əvəzində onların nəhəng qulaqları soyuducu kimi çıxış edir. Fil qulaqları iri qan damarları ilə doludur ki, bu da onların istiliyi tənzimləməsinə kömək edir./Oxu.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi