Botoks əvəzinə üzünə BUNU vurdular -Cəhənnəm YAŞADI - FOTOLAR
Rəqqasə və aktrisa kimi tanınan 71 yaşlı Lin Mey 90-cı illərdə keçirdiyi plastik əməliyyatlar və bunun nəticəsində yaşadığı fəsadlar səbəbindən mətbuatda gündəm olub. Məşhur Meksikalı aktrisanın son görünüşü görənləri kədərləndirib.
Qlobal.net sizi Lin Mey adlı bu qadınla tanış edir.
O, 90-cı illərin aparıcı aktrisa, rəqqasə və müğənnilərindən biri olub.
O zamanlar görünüşü ilə hər kəsi heyran edən Mey bu yaxınlarda keçirdiyi plastik əməliyyatla tamam başqa insana çevrilib.
Hazırda 71 yaşı olan meksikalı aktrisa 90-cı illərin əvvəllərində dəhşətli hadisə ilə qarşılaşıb. Botoks etdirməyə çalışarkən üzünə “yemək yağı” və “uşaq yağı” vurulması ilə aktrisanın həyatı cəhənnəmə dönüb. Bəzi mənbələrə görə, buna səbəb ona paxıllıq edən yaxın dostudur.
İllər keçdikcə müxtəlif cərrahiyyə əməliyyatları keçirərək görünüşünü yaxşılaşdırmağa çalışsa da, hər şey daha da pisləşib. Lin Meyin üzü getdikcə böyüməyə və deformasiyaya uğramağa başlayıb.
Bu faciəli hadisədən sonra Lin Mey gender müdafiəçiləri arasında bir simvola çevrilib. Onlar bildirirlər ki, cəmiyyətin qadınlara gözəllik təzyiqi bu cür faciələrə səbəb olur. (sfera.az)