azia.az
azia.az

106 illik “Qanlı şəlalə”nin sirri açıldı - İNANILMAZ

17-05-2017, 19:02

106 illik “Qanlı şəlalə”nin sirri açıldı - İNANILMAZ


Moderator.az xəbər verir ki, 106 il ərzində buzlaqların üzərində qalmış qan ləkəsinin sirri nəhayət ki açılıb.

1911-ci ildə Antarktidada aparılan bir araşdırmanı zamanı buzlaqlar üzərində qan ləkəsi aşkar edilmişdi. Belə ki, Antarktidada Teylor Glacier adlı buzlağın üstündən təyyarə keçərkən tədqiqatçılar yerdə qeribəlik müşahidə etmişdilər. Tədqiqatçıların bu kəşfinin ardından həmin əraziyə "Qan şəlaləsi” adı verilmişdi.

Tədqiqatçılar uzun müddətdir ki, şəlalənin öz xas qırmızı rənginin sirrini araşdırırdılar. Ancaq buna elmi cəhətdən izahını tapa bilmirdilər. Həmin buzlağın nəyə görə qırmızı rəngdə olmasının sirri isə nə az, nə çox düz 106 il sonra ortaya çıxıb. Alaska-Fairbanks Universitetinin tədqiqatçıları müasir texnologiya sayəsində bu sirrin üstünü aça biliblər.

Tədqiqatçılar müasir texnologiya qurğularından istifadə edərək duzlu sudan ibarət olan bu kütlələrin içərisində dəmir olduğunu ortaya çıxarıblar. Dəmirin Oksigenlə əlaqəyə girməsi nəticəsində bu qana bənzər rəng ortaya çıxırmış. Tədqiqatçılar, həmçinin suyun Teylor Glacier buzunun 300 metr altında yer alan və mənşəyi 1.5 milyon ilə əsaslanan bir duz gölündən gəldiyini aşkar ediblər.
Belə bir kəşfin 106 il sonra ortaya çıxması istər-istəməz məsələ ilə məşğul olmayanların da diqqətini çəkir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi