azia.az
azia.az

Dərinizi qorumaq üçün bunları yeməyin - SİYAHI

18-06-2024, 13:22

Qidalanma dəri sağlamlığına təsir edən mühüm amillərdəndir.

Yağlı və konservləşdirilmiş qidalardan, şəkərli qəlyanaltılardan və həddindən artıq kofein ehtiva edən içkilərdən qaçmaq dəri sağlamlığına müsbət təsir göstərir.

"Cebhe.info" xəbər verir ki, mütəxəssislərin fikrincə, dərinin sağlamlığını qoruyan antioksidanlar, vitaminlər və minerallarla zəngin qidaları seçmək vacibdir. 

Dəriyə mənfi təsir edəcək qidalar isə aşağıdakılardır:

1. Qəhvə

Tərkibindəki yüksək miqdarda şəkər səbəbiylə kofe və onun müxtəlif növləri dəridə ləkələr əmələ gəlməsinə səbəb ola bilər. 

2. Qırmızı ət

Yüksək yağlı mal əti dəridə iltihaba səbəb ola bilər. 

3. Qablaşdırılmış qidalar

Konservləşdirilən qidalar həddindən artıq miqdarda ləkələrin gəlməsinə səbəb ola bilər. Bu cür qidaların istehlakını məhdudlaşdırmaq və daha sağlam variantları seçmək dəri sağlamlığını qorumaq üçün vacibdir.

4. Alkoqol 

Alkoqol istehlakı bədəndə sərbəst radikalların istehsalını artırır. Bu, dərinin ultrabənövşəyi şüalara qarşı daha az qorunmasına və vaxtından əvvəl qocalmasına səbəb ola bilər. Bu baxımdan spirt istehlakını məhdudlaşdırmaq və dərini günəşin zərərli təsirlərindən qorumaq vacibdir.

5. Yağlar

Marqarin kimi yağlar dəri üçün olduqca zərərlidir, səpki və iltihabı artırır.

6. Qızardılmış qidalar

Trans yağlar dərinin nəfəs almasına böyük maneədir. Yüksək miqdarda trans yağların istehlakı xroniki iltihablı prosesləri artırır. Dərinin sağlamlığını qorumaq üçün tərkibində trans yağ olan qidalardan uzaq durmaq lazımdır.

Naibə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi