azia.az
azia.az

50 illik fasilədən sonra aya ilk eniş

28-03-2024, 08:09

Amerikanın özəl şirkəti “Intuitive Maсhines”ə məxsus kommersiya məqsədli kosmik zondu ilk dəfə Aya enib və oradan siqnal ötürüb. Bu, 50 il əvvəl “Apollon” proqramının başa çatmasından sonra ABŞ-nin Aya ilk enişidir.

“Report” xəbər verir ki, tarixi hadisə NASA-nın sosial şəbəkə hesabında 

canlı yayımda işıqlandırılıb.

Aya eniş Bakı vaxtı ilə 03:23-də baş tutub. Enişdən sonra kosmik qurğu ilə əlaqə qurmaq mütəxəssislərin 10-15 dəqiqəsini alıb.

“Biz səthdəyik və siqnal ötürürük. Aya xoş gəlmisiniz”, – “Intuitive Maсhines” şirkətinin başçısı Stiv Altemus söyləyib.

Qeyd edək ki, “Odissey” adını almış “Nova-C” modulunun Ayda 14 gün ərzində fəaliyyət göstərəcəyi gözlənilir. Qurğu iş adamı İlon Maskın Amerika aerokosmik şirkəti “SpaceX”in “Falcon-9” daşıyıcı raketi ilə lazımi trayektoriyaya buraxılıb. “Falcon 9” fevralın 15-də yerli vaxtla saat 01:05-də (Bakı vaxtı ilə 10.05) Floridada Kanaveral burnunda yerləşən Con Kennedi Kosmik Mərkəzindən orbitə buraxılıb. İlkin olaraq buraxılış fevralın 14-ü səhərə planlaşdırılsa da, texniki nasazlıq səbəbindən bir gün ertələnib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi