azia.az
azia.az

5 mindən artıq tibbi tədqiqatın mövzusu olan SARIKÖKÜN İNANILMAZ FAYDALARI

5-01-2024, 09:59

Sarıkök deyəndə ilk olaraq plov və digər milli xörəklərimizdə istifadə olunan ədviyyat yada düşür. Ancaq sarıkök təkcə xörəklərimizi dada, ləzzətə gətirən ədviyyat deyil, o həm də olduqca zəngin, sağlamlıq üçün saysız hesabsız faydaları olan bioloji aktiv maddədir. Buna görə də sağlamlığımızı qaydasında saxlamaq üçün möcüzələri heç də kənarda axtarmaq lazım deyil, bu möcüzə - sarıkök çoxlarımızın mətbəxində əlimizin altındadır.

Modern.az saytı sarıkökün faydaları haqqında yazını təqdim edir.

Alimlər müəyyən ediblər ki, sarıkök 600-dən artıq profilaktik və müalicəvi xassəyə, 175 müsbət fizioloji təsirə malikdir. Sarıkökün müalicəvi xassələri və komponentləri beş mindən artıq bioloji tibbi tədqiqatların mövzusu olub.

 

Sarıkök təbii antibakterial vasitədir.

 

Maddələr mübadiləsini yaxşılaşdırır, piylənmənin qarşısını alır.

 

Qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir.

 

Prostat vəzdə olan problemlərin qarşısını alır.

 

Orqanizmi döş və ağciyər xərçəngi xəstəliklərindən qoruyur.

 

Təbii ağrıkəsici xüsusiyyətinə malikdir.

 

Depressiyaya qarşı effektli vasitədir.

 

Yaraların sağalmasını sürətləndirir və zədələnmiş dərini bərpa edir.

 

Qan dövranını yaxşılaşdırır.

Bədənin ümumi tonusuna müsbət təsir göstərir, orqanizmin immun sistemini gücləndirir.

 Qanda şəkərin miqdarını aşağı salır.

 Oynaq xəstəlikləri üçün faydalıdır.

 Həzm sistemini normallaşdırır.

 Ürək əzələlərini möhkəmləndirir.

 Qan təzyiqini aşağı salır.

 Orqanizmin zərərli maddələrdən təmizlənməsi üçün 200 qram suya yarım çay qaşığı sarıkök və eyni miqdarda bal əlavə edib qəbul etmək müsbət nəticə verir.

Şəkərli diabet xəstələri üçün hər yeməkdən qabaq çay qaşığının üçdə bir hissəsi qədər sarıkökü bir stəkan su ilə qəbul etmək xeyirlidir.

 Damaq qanaxmalarında və iltihabında 1 çay qaşığı sarıkökü 1 stəkan ilıq suda qarışdırıb qarqara etmək problemi aradan qaldırır.

 Qanazlığı, anemiya zamanı gündə üç dəfə yarım çay qaşığı ilə eyni miqdarda balı qarışdırıb qəbul etmək olduqca effektlidir.

 Sarıköklə kimyəvi dərman pereparatlarının eyni vaxtda istifadə olunması məsləhət görülmür. Sarıkök orqanizmə güclü təsir etdiyindən ondan qədərində istifadə etmək lazımdır. İki yaşınadək uşaqların qida rasionuna sarıkök daxil etmək olmaz. Həmçinin, hamilə qadınlar sarıkökdən məhdudiyyətlə istifadə etməlidirlər.

Sarıkökdən sırf müalicə məqsədi ilə istifadə etmək qərarına gəldikdə isə həkimlə məsləhətləşmək vacibdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi