azia.az
azia.az

Sağlam olmaq istəyirsinizsə bu saatda yatın-TƏFƏRRÜAT

8-01-2023, 17:14


Qan təzyiqi və ürək xəstəliklərindən qorunmaq üçün yuxu rejiminə xüsusi diqqət yetirmək lazımdır.

Xəbər verilir ki, ideal yuxu vaxtı kişilər üçün 23:00, qadınlar üçün isə 00:00 olduğu bildirilib.

Belə ki, Cənubi Çin Universitetinin tədqiqatçıları yuxu vərdişlərinin ürək sağlamlığına necə təsir etdiyini öyrənmək üçün 14 000-dən çox insan arasında aparılan araşdırmada əhəmiyyətli nəticələr əldə ediblər.

Tədqiqat nəticəsində məlum olub ki, həftənin əksər günlərində ideal yuxu saatlarına sadiq qalanlar ürək problemləri ilə daha az qarşılaşırlar.

Qeyd olunub ki, yüksək təzyiq ideal saatlarda yatmaqla azalır. Digər saatlarda yatmaq isə bədənin bioloji balansını pozaraq qan təzyiqinin yüksəlməsinə səbəb olur.(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi