azia.az
azia.az

Boşanmaq kişinin sağlamlığını məhv edir – ALİMLƏR

13-01-2022, 11:20

Boşanmaq kişinin sağlamlığını məhv edir – ALİMLƏR
Boşanmaq, xüsusən də 40 yaşdan yuxarı kişilər üçün, eləcə də uzun müddət münasibətdə olduğu partnyordan, sevgilidən ayrılmaq kişi sağlamlığı üçün zərərlidir.

Medicina.az xəbər verir ki, Kopenhagen universitetinin alimləri bir neçə min kişi və qadın üzərində apardıqları elmi araşdırma nəticəsində bunu sübut ediblər.

İştirakçılar 45-65 yaş arası olub. Belə ki, onların hamısı 1988-2011-ci illər arasında boşanıblar. Alimlər onların qanının iltihab göstəricilərini yoxlayıb.
Xroniki sistem iltihabı ürək-damar, şəkər, infarkt, xərçəng riskini artırır.

Nəticələr göstərib ki, şəxsi həyatında çox ayrılıq və uğursuzluq yaşayan, boşanan, uzun illərini tənha keçirən kişilərin qanında iltihab markeri çoxalıb. Qadınlarda isə uzun illər kişisiz qalmaq qanda iltihab artırmır.

Onların endokrin sistemi və hormonları bundan qoruyur.


Belə ki, boşanan və ya ayrıkan kişilərin qanında S reaktiv zülal 17% artmış olur.

7 il tənha yaşayan kişilərdə bu rəqəm daha da artır.

Bu göstəricilər savadlı, savadsız, orta gəlirli və ya yüksək gəlirli kişilər üçün eynidir.

Bu iltihab göstəricisi kişilərin qəfil və erkən ölüm riskini də artırır.

Ona görə də boşanma kişi sağlamlığı üçün həyati təhlükəli hesab olunmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi