azia.az
azia.az

Lazer epilyasiyası zamanı qadının üzünü yandırıb bu hala saldılar – FOTO

1-12-2021, 08:28


Aslı İlhan haqqını məhkəmədə axtarsa da, verilən qərardan narazıdır.
Lazer epilyasiyası zamanı qadının üzünü yandırıb bu hala saldılar – FOTO
Azia.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində yaşan Aslı İlhan 2 noyabr 2020-ci il tarixində sosial şəbəkədə reklamını gördüyü gözəllik salonlarından birinə üz tutub.

Zərərçəkənin iddiasına görə, lazer epilyasiyası zamanı gözəllik salonunun işçisi telefonla sevgilisi ilə dalaşırmış. Bu zaman o əlindəki lazer cihazını qadının üzündə unudub və cihaz bir neçə saniyyə sonra qadının üzünü yandırmağa başlayıb. İlkin tibbi yardımdan sonra qadına üzündə heç bir izin qalmayacağı deyilsə də, bir müddət sonra yanıq izləri daha da dərinləşib.

Üzünün hər tərəfi yanan qadın polis bölməsinə gedərək şikayət edib. Polis işi araşdırdıqdan sonra məhkəməyə göndərib.

Məhkəmə üzündə 2-ci dərəcəli yanıq xəsarəti alan Aslı İlhanın işini yekunlaşdırıb.

Qərara görə, gözəllik mərkəzinin sahibi A.A gündəlik 20 lirədən 168 gün məhkəmə cəriməsi ödəyəcək.

Bu qərar isə zərərçəkmişin narazılığına səbəb olub. Aslı İlhan ona verilən 3 min 360 lirəni maddi və mənəvi təzminat hesab etmədiyini bildirib: "Üzümün yanmasından 1 il keçib. Bir il ərzində nələr çəkdiyimi mən və vəkilim bilirik. İşimiz bitdi, amma qəbullanmaq istəmirəm. Çünki 3 min 360 lirə bir ilimi qaytarmır. Hüquq mübarizəm davam edəcək. Başqalarının da belə qurban olmasını istəmirəm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi