azia.az
azia.az

Beynin ölçüsü səhər və axşam dəyişir

26-10-2021, 08:52


Kanadada yerləşən Montreal Nevroloji İnstitutundan olan elm adamlarının araşdırması ayaqlar kimi, beynin də böyüklüyünün səhər və axşam eyni olmadığını göstərib.

Araşdırma beynin həcminin səhərlər daha böyük olduğu və gün ərzində ölçüsünün kiçildiyini ortaya çıxarıb.

Alimlər daha əvvəl aparılmış geniş miqyaslı araşdırmadan yararlanaraq 3300-ü MS, 6100-ü Alzheimer xəstəsi olmaqla təxminən 10 000 insanın beyninin görüntülərini səhər, günortadan sonra və axşam araşdırıb.

Səhər beynin ortalamadan daha böyük olduğunu aşkar edən elm adamları bu halın süngərə bənzəyən bu orqanın üfüqi vəziyyətdə maye dövranının daha yaxşı olması sayəsində gecə boyunca kifayət qədər "nəmli" qalmasından qaynaqlandığını irəli sürüblər.

Araşdırmanın nəticələri "Nerolmage" jurnalında dərc olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi