Ev işləri qadını belə arıqladır
İsveçrəli alimlər müəyyənləşdiriblər ki, evdar qadınların arıqlaması işgüzar qadınlara nisbətən daha asandır.
Belə ki, bəzi ev işləri insanın daha çox kalori yandırmasına səbəb olur.
30 dəqiqəlik ev işlərinə qarşılıq olaraq yandırılan kalorinin miqdarı aşağıdakı kimidir:
Toz almaq, yüksəkdə olan rəfləri təmizləmək - 50 kalori
Paltar ütüləmək, yataq hazırlamaq - 70 kalori
Yemək hazırlamaq - 80 kalori
Yerləri süpürmək və ya silmək - 90 kalori
Qab yumaq, otağı yığışdırmaq - 100 kalori
Pəncərələri silmək, maşın yumaq - 150 kalori
Hamamı təmizləmək, torba daşımaq - 200 kalori
Nərdivanları çıxmaq, evi boyamaq - 250 kalori.