Nizami məhkəməsindən ABSURD QƏRAR - "90 OG 002" seriyasının qüdrəti, yoxsa..?
Bakıda bir neçə gün öncə dəhşətli qəza törədən “Range Rover”in sürücüsü azadlığa buraxılıb.“Qafqazinfo”nun verdiyi xəbərə görə, aprelin 30-u saat 22 radələrində Mahir Əsədov idarə etdiyi “Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi “Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və S.Məmmədov hadisə yerindən qaçıb.Nizami rayon məhkəməsi hadisə yerindən qaçdığı üçün Seyhun Məmmədovu həbs edib, piyadanı vurub onun maşınının altına atan və hadisə yerində qalan Mahir Əsədovu isə sərbəst buraxıb.Qeyd edək ki, sürücü "90 OG 002" dövlət nömrə nişanını "Mercedes" və "Audi" markalı avtomobildə də istifadə edib.