BDU-nun dekanı rektor olmaq istəyir: Əmir Əliyev rektor olmaq üçün “kimləri görüb”?
Böyük bir qalmaqal sonunda Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Abel Məhərrəmovun postu uğrunda mübarizə başlayıb.
Azia.az xəbər verir ki, BDU-nun Hüquq fakultəsinin dekanı Əmir İbrahim oğlu Əliyev rektor seçilmək üçün bütün mumkun vasitələrdən istifadə edir.:
“Artıq indidən Əmir Əliyev artıq özünü sanki vəzifəyə təyin olunubmuş kimi aparır, yaxın çevrəsinə “bu gün-sabah fərman imzalanmalıdır” deyə ürək-dirək də verir. Ən maraqlı məqam ondan ibarətdir ki, əmrini gözləyən Əmir Əliyev “lazım olan adamları gördüyünü”, “ hər kəsin haqq-hesabının” çatdığını da tez-tez dilə gətirməkdən çəkinmir”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.