Azia.az saytı bildirir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Ə.Xəqani küçəsi ,ev 23 ünvanda yaşayan 1920-ci il təvəllüdlü ,Böyük Vətən Müharibəsi 2-ci qrup əlili, Əmək Veteranı İsa İsmayıl oğlu Prezident İlham Əliyevə, 1-ci vitse Prezident Mehriban xanım Əliyevaya və aidiyyatı dövlət strukturlarının rəhbərlərinə müraciət ünvanlamışdır. Müraciəti olduğu kimi dərc edirk.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına, Azərbaycan Respublikasının 1-ci vitse Prezidenti, “Heydər Əliyev ” Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Milli Məclisinin vitse Spikeri cənab Ziyafət Əsgərova, Azərbaycan Respublikasının Milli Məclisinin İnsan Haqları Komissiyasının sədri Bahar xanım Muradovaya, Azərbaycan Respublikası Milli Məclisinin Spikeri cənab Oqtay Əsədova, Azərbaycan Respublikasının Müdafiə Naziri cənab Zakir Həsənova, Azərbaycan Respublikasının Baş Naziri Cənab Novruz Məmmədova Azərbaycan respublikası Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövnəq Abdullayevə, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Süleyman Mikayılova, Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oktay Şirəliyevə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Cənab Sahil Babayevə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ə.Xəqani küçəsi ,ev 23 ünvanında yaşayan 1920-ci il təvəllüdlü ,Böyük Vətən Müharibəsi 2-ci qrup əlili, Əmək Veteranı İsa İsmayıl oğlu tərəfindən
[center]Müraciət
[/center]
Hörmətli Prezident!Mən, 1920- ci il may ayının 11-də Qobu kəndində anadan olmuşam.22 iyul 1941-ci ildə Azərbaycan SSR Molotov (indiki Qaradağ) Rayon Hərbi Komissarlığı tərəfindən SSRİ Silahlı Qüvvələri sıralarına hərbi xidmətə çağırılmış, vətənin müdafiəsinə qoşulmuşam.Xidmətimi Saratov şəhərində yerləşən 150 nömrəli sanitar hissədə (san çast) sürücü kimi başlamışam,1942-ci ilin yanvar ayından 216 nömrəli nizami alayda (stroevoy polk) atıcı kimi davam etdirmişəm.Ukrayna SSR-nın Xarkov şəhəri uğrunda gedən döyüşlərdə vuruşmuşam. 1943-cü ildə Belqorod şəhəri ətrafında gedən döyüşdə sağ bud nahiyyəmdən güllə və qəlpə yarası alaraq yaralanmışam.Ordu sıralarından 2-ci qrup əlil kimi tərxis olunmuşam.Bir çox orden və medallarla təltif edilmiş, nəhayət öz vətənimə qayıtmışam.
Məlumat üçün bildirirəm ki, atam İsmayıl Kəlbəli oğluna 1973-cü ildə o vaxtki “NKVD” tərəfindən “Kulak” damğası vurularaq həbs edilir. Ailə vəziyyətimiz daha da ağırlaşır, elə o vaxtda əmək fəaliyyətinə başlamışam. Müharibədən qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirmiş və 1997- ci ilədək müxtəlif vəzifələrdə işləmişəm. Qeyd edim ki, 1950-ci ilədək “AZNEFT”-də və “QARADAĞNEFT” də işləmiş veteranlarından biriyəm.
Böyük Vətən Müharibəsindən sonra, ölkəmizin çiçəklənməsi üçün Böyük vətən müharibəsi əlili kimi Ağsaqqalar şurasının üzvü olmaqla, müxtəlif ictimai fəaliyyətlərlə də məşğul olmuşam. Qarabağ döyüşlərinin qızğın vaxtlarında Laçın rayonunda, Ağdərədə, Ağdamda və Qubadlı rayonlarında əsgərlərin döyüş ruhunun qaldırılması üçün onlarla görüşlərdə iştirak edərək, döyüşlər barədə təcrübəmdən məsləhətlər vermişəm.
Qaradağ rayonunun fəxri ağsaqqalı kimi, dəfələrlə mərhum EL ATASI, ÜMUMMİLLİ LİDERİMİZ Heydər Əliriza oğlu Əliyevlə də görüşlərdə iştirak etmişəm.Həmçinin Prezidentimiz İlham Heydər oğlu Əliyevlə də Qaradağ rayonun ağsaqqalar şurasının üzvü kimi 9 may Qələbə günü münasibəti ilə görüşdə də iştirak etmişəm.Məhz bundan sonra məni Qaradağ rayonunda ev növbəsinə qəbul etsələr də, bu günədək mənzillə təmin olunmamışam.
Maraqlıdır ki, yaxın keçmişdə SSRİ Müdafiyə Nazirliyi və Rusiya Federasiyasının Azərbaycan Respublikasında yerləşən Səfirliyi vasitəsilə müxtəlif ordenlə, medallarla və mükafatlarla təltif edərək, RF-in jurnalistləri məndən müsahibələr alırdılar. Lakin, nə Azərbaycan Respublikasının prezidenti zati- aliləri möhtərəm, çox sevdiyim İlham Əliyev cənabları, nə “Heydər Əliyev” Fondunun Prezidenti, 1- ci xanımımız Mehriban xanım Əliyeva, nə Müdafiə Nazirimiz cənab Zakir Həsənov, Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövnəq Abdullayev, nə Qaradağ Rayonunun icra Başçısı cənab Süleyman Mikayılov, nə də mətbuat və televiziya mənim , Azərbaycan Respublikasının vətəndaşı 1920-ci ildə Qobu kəndində anadan olmuş, 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçısı və 2-ci qrup əlili, İsa İsmayıl oğlunun həyat şəraiti ilə maraqlanmırlar.
Onu da bildirirəm ki, ölkəmizdə məndən başqa, 99 yaşlı Böyük Vətən Müharibəsi iştirakçısı, 2- ci qrup əlili və Neft Şirkətinin Əmək Veteranı yoxdur.
Mənim həyat şəraitim çox ağırdır. Belə ki, çox saylı nəvə- nəticələrim, övladlarımla birlikdə yaşayıram. Yaxın vaxtlarda gözlərimdən öz pulumla əməliyyat olunduqdan, sonra evdə olan səs-küylə, çoxluğa və qarışıqlığa dözümüm qalmamışdır.Əlavə mənzilə və təzə avtomobilə ehtiyacım vardır.
Yuxarıda göstərdiklərimi nəzərə alaraq, 99 yaşlı Böyük Vətən Müharibəsi əlili olduğumu və son günlərimi can rahatlığı ilə yaşamam üçün mənim son arzularımı yerinə yetirilməsinə, məni Prezident fondundan və “Heydər Əliyev” fondu tərəfindən mənzillə və təzə avtomobillə təmin edilməyimə dair göstəriş verməyinizi xahiş edirəm.
99 yaşlı Böyük Vətən Müharibəsi əlili
İsa İsmayıl oğlu.Tel:( 070-313-96-36),(050-329-76-01)